Jurnalistlərin bayramında ad alan deputat danışdı

“Ölkə başçısı mənim kiçik əməyimə böyük qiymət verir”
İyulun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin KİV nümayəndələri ilə bağlı imzaladığı 4 sərəncam ümumilikdə 180 jurnalisti əhatə edib. Sərəncama əsasən mükafatlandırılanlar arasında Milli Məclisin deputatı İmamverdi İsmayılov da olub. O, “Əməkdar jurnalist” adına layiq görtülüb.
Təəsüratlarını AzVision.az-la bölüşən deputat çox sevincli anlar yaşadığını vurğulayıb: “Siyasətlə məşğul olsam da uzun illər mətbuatda yazılarımla çıxış etmişəm. Şadam ki, ölkə başçısı mənim kiçik əməyimə böyük qiymət verir. Bu həm də mənim məsuliyyətimi artırır. Çünki, mən müasir Azərbaycanımızın inkişafından, əldə etdiyi uğurlardan mütləq yazmalıyam”.
“Jurnalistikamıza verilən qiymətə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür və minnətdarlığımı bildirirəm. Çox sevinirəm ki, müstəqil Azərbaycanımızda azad sözə, mətbuata, jurnalistikaya belə hörmət və qayğı var. Dövlətimiz həmişə jurnalitikamızın qayğısını çəkir. Bu qayğıya görə, bir daha ölkə başçısına minnətdarlığımı bildirirəm”, – İ. İsmayılov qeyd edib.
455 dəfə oxundu