Saakaşvili dənizkənarındakı hasarları dağıtdı - Video

Saakaşvili dənizkənarındakı hasarları dağıtdı -


Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili şəhərdə dənizkənarı sahələrindəki çəpərləri sökdürüb. AzVision.az xəbər verir ki, vilayət rəhbəri odessalıların şikayəti əsasında həmin əraziyə gedib. Söküntü işlərinə birbaşa olaraq özü nəzarət edib.

M.Saakaşvilinin göstərişi ilə Fövqəladə Hallar Xidmətinin əməkdaşları buldozerlə çimərlikdəki hasarı dağıdıblar. Xüsusən milyonçu Vasili Xmelnitskinin “Delfin” çimərliyindəki pansionatı dəniz sahilinə yolu bağlamışdı. Həmin obyektin divarlarıda sökülüb. Jurnalistlərə açıqlama verən vilayət rəhbəri deyib ki, yerli sakinlərin və qonaqların konstitusion hüquqlarının kobud şəkildə pozulduğunu əsas gətirərək belə bir addım atılıb: “Çünki belə tikililər Odessanın turizm mərkəzinə çevrilməsinə, yerli sakinlərin normal istirahətinə mane olur”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...