Hacı İbrahim Nehrəmli Vergilər Nazirliyini necə aldadır?

Hacı İbrahim Nehrəmli Vergilər Nazirliyini necə aldadır?


Özünü milyader, Xəzər dənizində şəhər tikən iş adamı kimi qələmə verən Hacı İbrahim Nehrəmlinin saxtakarlıqlarının və yalanlarının ifşası bitmək bilmir. İlk öncə Hacı İbrahim Nehrəmlinin Azərbaycan Beynəlxalq Bankına olan borcu ilə bağlı yalanın üstü açıldı. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldıqdan sonra ilk günləri ABB-yə cəmi 70 milyon manat kredit borcu olduğunu iddia edən Hacı İbrahim Nehrəmlinin işçiləri onun bu yalanını ifşa edərək, bu admın əslində banka 600 milyon manat borcu olduğunu ortaya qoydular. Bu həqiqətlərin üzə çıxmasından sonra Hacı İbrahim 70 milyon söhbətini unudub, 430 milyon manat borcu olduğunu etiraf etdi. “Avesta Konserni” MMC-nin keçmiş işçiləfri isə bildirirlər ki, 430 milyon manat Hacı İbrahim Nehrəmlinin Azərbaycan Beynəlxalq Bankdan (ABB) götürdüyü pulların cəmi olsa da, iş adamı bu pulların faizlərindən danışmır. Halbuki neçə aylardır ki, kreditin faizlərini ödəyə bilmir və ödəməsi də faktiki olaraq mümkün deyil. Çünki, hər ay ən azından 40 min manat faiz ödəməlidir ki, onun da belə maddi resursları yoxdur.

Hacı İbrahim Nehrəmlinin ikinci yalanı kreditləri hara xərcləməsi ilə bağlı oldu. Belə ki iş adamı kreditləri Xəzər dənizində şəhər tikintiisinə xərclədiyini iddia etsə də, “Avesta Konserni”nin əməkdaşları bu pulların bir hissəsinin gözəllik yarışmasına, gözəlçələrin Bakıdakı məcaralarına, eləcə də Hacı İbrahim Nehrəmlinin bəzi müammalı xarici səfərlərinə sərf olunmasını üzə çıxardılar.

Növbəti ifşa isə, Hacı İbrahim Nehrəmlinin Xəzər dənizində şəhər tikintiisnin faktiki olaraq qanunsuz aparılması ilə bağlı məsələlərin üstünün açılması ilə bağlııdr. Söhbət SOCAR-ın bu tikinti sahələrinin altında yeraltı qaz anbarına məxsus ləğv olunmuş quyuların olması, onların üzərində isə tikintilərin aparılmasının təhlükəli olmasına görə ərazidə ləğvetmə işlərinin aparılmasının vacibliyi haqqında “Avesta Konserni” MMC-yə göndərdiyi məktubundan sonra üzə çıxan məsələdən gedir.
İndi isə Hacı İbrahim Nehrəmlinin Bakıda fəaliyyət göstərən xarici ölkə səfirliklərini necə aldatması ilə bağlı məlumatlar ortaya çıxıb. Belə ki, Hacı İbrahim Nehrəmlinin viza alması üçün “Avesta Konserni” MMC-dən İsveçrə səfirliyinə verilmiş arayış-məktubda iş adamının aylıq əmək haqqı 30 000 (otuz) min manat olaraq göstərlib. İsveçrə səfirliyinə ötən il verilən bu arayış-məktubda 30 000 manatın ABŞ dolları ilə 38 256 etdiyi də öz əksini tapıb. İndi söz Vergilər Nazirliyindir. Vergilər Nazirliyi açıqlamalıdır ki, İsveçrə səfirliyinə 30 min manat (38 256 ABŞ dolları) əmək haqqı aldığı göstərilən iş adamının vergi hesabatlarında əmək haqqı nə qədər göstərilib.

infoAZ.org-a daxil olan başqa bir məlumatda isə təxminən eyni hal Hacı İbrahim Nehrəmlinin katibəsi Könül Vəliyevanın “Şengen” vizası almaq üçün Fransa səfirliyinə təqdim edilmiş arayış-məktubla bağlııdr. Belə ki, Fransa səfirliyinə təqdim olunmuş arayışda Könül Vəliyevanın əmək haqqı 2500 manat olaraq göstərilib. Vergi hesabatlarında bu xanımın nə qədər əmək haqqı alması ilə bağlı həqiqətə də Vergilər Nazirliyi aydınlıq gətirməlidir. Vergilər Nazirliyinin açıqlamasından sonra “Avesta Konserni” MMC-də ikili mühasibatlıqdan istifadə olunub-olunmaması, vedrgidən yayınma hallarının olub-olmaması ilə bağlı məqama da əlimizdəki sənədlərlə aydınlıq gətirəcəyik.

“Avesta Konserni” MMC-dəki mənbədən infoAZ.org-a verilən daha bir məlumata görə isə, Hacı İbrahim Nehrəmlidən əmək haqqlarını ala bilməyən və buna görə prezident İlham Əliyev başda olmaqla yüksək vəzifəli hökmət rəsmilərinə müraciət edən şirkətin keçmiş işçiləri dövlət başçısının da iş adamını qanunlara əməl etməyə məcbur etməyə gücünün çatmadığını görüb, indi də məhkəməyə müraciət etməyi planlaşdırırlar. Hacı İbrahim Nehrəmli tərəfindən əmək hüquqları tapdanan “Avesta Konserni” MMC-nin keçmiş işçiləri məhkəmədən Əmək Məcəlləsinin 172-ci maddəsinin beşinci bəndinin şamil olunasını tələb edəcəklər. Qeyd edək Əmək Məcəlləsinin qeyd olunan maddəsində “Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir”.

“Avesta Konserni” MMC-nin əmək hüquqları pozulan işçiləri əmək haqqlarını məhz işəgötürənin, yəni Hacı İbrahim Nehrəmlinin təqsiri üzündən vaxtında ala bilmədiklərini Məhkəmədə sübut etməyə də iddialıdırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...