Həkimlər indi də jurnalistləri təhqir kampaniyasına başlayıb - FOTOLAR
Feysbuk sosial şəbəkəsində fəaliyyət göstərən "Modern Doctors of Azerbaijan" qrupunda bir neçə gün öncə döyülən, daha sonra isə xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünə görə həkimləri tənqid edən jurnalistlər haqda xoşagəlməz sözlər yazılıb. Həkim Natavan Ramazanzadənin qrupda yazdığı status isə sosial şəbəkədə yayımlanıb. Həkim "xəstəxanada xəstə ölər də" yazıb və jurnalistin ölümünü normal qarşıladığını bildirib. Bu statusa həkim Nurlan İbrahimli isə təhqiredici şərh yazıb. O jurnalistləri "zurnalist" adlandırıb.
Digər həkim Kamil Quluzadə isə daha da irəli gedərək jurnalistlərə "şərəfsiz" deyib. Azxeber.com məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, bu statusu yazan Natavan Ramazanzadə Azərbaycan Tibb Universitetində, Türkiyədə isə Çukurova Universitetində təhsil alıb və hazırda baş-boyun cərrahı kimi fəaliyyət göstərir. Jurnalisti təhqir edən Nurlan İbrahimli də Azərbaycan Tibb Universitetində təhsil alıb. Digər həkim Kamil Quluzadə isə Quba Müalicə Diaqnostika Mərkəzində həkim - cərrah olaraq fəaliyyət göstərir.
Həkimlərin gizli qrupunda bu cür yazışmasının olması bir daha Azərbaycanda səhiyyənin durumunu və bəzi həkimlərin xəstələrə münasibətini ortaya qoyur. Mərhum jurnalisti təhqir edən həkimlərin yazışmasını və fotolarını təqdim edirik:
351 dəfə oxundu