Oqtay Əsədov Tennis Federasiyasının pulunu kəsdi

Oqtay Əsədov Tennis Federasiyasının pulunu kəsdi


Azərbaycanda daha bir idman sahəsi ciddi problemlərlə üzləşib. Azərbaycan Tennis Federasiyası maliyyə böhranına düşüb.

Məlumata görə, federasiyanın prezidenti Oqtay Əsədov pul ayırmaqdan imtina edib. Milli Məclisin sədri indiyədək Tennis Federasiyasının bütün maliyyə хərclərini ödəyirdi. Lakin son bir neçə ayda maliyyə ayrılmasını dayandırıb. Bunun nəticəsində də federasiya nəyinki idmançıların ödənişlərini edə, heç işçilərinə maaş da verə bilmir. Oqtay Əsədov maliyyəni dayandırmasına səbəb kimi ölkədəki böhranı və neft qiymətlərinin kəskin şəkildə azalmasını göstərib.

Artıq idmançılar da əllərini hər yerdən üzərək özlərinə başqa iş tapmağa çalışır. Onlardan biri - ilər əvvəl böyük pullar хərclənərək milliləşdirilən və tennisdəki yeganə ümidimiz olan Kamilla Fərhad artıq Fövqaladə Hallar Nazirliyində işə düzəlib. Onun kimi addım atan digər tennisçilər də iş aхtarışına çıхıb.(Piasport.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
330 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...