Abşeronun icra başçısı Laçındakı məmurlardan niyə narazıdır?

Abşeronun icra başçısı Laçındakı məmurlardan niyə narazıdır?


Laçın rayonundan GUNDEMİNFO.AZ-a ilginc bir informasiya daxil olub. İnformasiyaya əsasən rayon məmurlarına məxsus mal-qara sürülərinin qışlaq ərazilərə keçirilməsi ilə bağlı əhali arasında ciddi narazılıq yaranıb. İnformasiyalara görə, bir sıra iri çinli məmurların mal qarasını qışlaq üçün Aran rayonlarına, xüsusilə də Beyləqan və Ağcabədi rayonlarına geri dönməsi üçün nəzərdə tutulan ərazilərdə ikinci mövsüm üçün əkin əkilib. Harami düzünd və Ağcabədi rayonu ərazisində nəzərdə tu tulmuş qışlaq sahələrin Laçın Obalarındakı iri çinli yerli məmurlar tərəfindən zəbt edilməsi ən üst səviyyədə gərginliyin yaşanmasına səbəb olub.

Redaksiyamıza daxil olan informasiyaya əsasən yaylaqdan qayıdan məmur sürüləri nəzərdə tutulmuş qışlaq ərazilərinə qayıtmaq istəsələr də onlara bildiriblər ki, bu mümkünsüzdür. Maraqlıdır ki, informasiya verən yerli qaynaqlar hətta Ağcabədi rayonu ərazisində bir sıra dövlət qoruqları ərazilərinin də yaylaqdan qayıdan qoyun sürüləri üçün təklif edilib.

Prossesin başında Laçın icra hakimiyyətinin icra başçısı Akif Səlimovun sürücüsünün dayandığı, lakin onun yaranmış narazılığı həll edə bilmədiyi söylənilir. Akif Səlimov uzun müddətdir ki, məzuniyyətdə olduğuna görə, qoyun sürülərinin qışlaq ərazilərinin ayrılması işini köməkçisinə həvalə ejdib.

Laçından verilən informasiyalara görə, qışlaqlara qayıtmaq istəyən qoyun sürülərinin sahibləri arasında əslən Laçın rayonundan olan Abşeronun icra başçısı Zakir Fərəcovun və onun elə həmin rayondan deputat olan qardaşı Nazim Fərəcov da var. Hazırda yerli icra hakimiyyətinin bu problemi həll edə bilməməsi üzündən yuxarı dairələrdə narazılıqların yarandığı söylənilir. Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.


Abşeronun icra başçısı Zakir Fərəcov

Abşeronun icra başçısı Laçındakı məmurlardan niyə narazıdır?

Laçının deputatı Nazim Fərəcov

Abşeronun icra başçısı Laçındakı məmurlardan niyə narazıdır?



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1147 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...