GUNDEMİNFO.AZ-dan xüsusi bəyanat

GUNDEMİNFO.AZ-dan xüsusi bəyanat


Dəyərli həmkarlarımız və ictimayyət nümayəndələri!

Bu gün bir sıra saytlarda jurnalist həmkarımız Rasim Əliyevin öldürülməsinə görə, həbs edilmiş futbolçu Cavid Hüseynovla bağlı bir sıra saytlarda dövlət başçısı, Cənab Prezidentə müraciət yayımlanıb. Bir sıra saytlarda bu müraciətdə saytımızın rəhbdəri Razi Abasbəylinin də adı imza atanlar sırasında çəkilib.


Hansı ki, müraciətin mətni, imza atacaq şəxslərin kimliyi barədə saytımıza heç bir bilgi verilməyib. Bununla bağlı olaraq bizə heç bir müraciət daxil olmayıb. Lakin çox qısa zamanda bəlli olub ki, dövlət başçısına Cavid Hüseynovun zaminə buraxılması ilə bağlı olaraq ünvanlanan müraciətdə saytımızın rəhbəri Razi Abasbəylinin də adı var.

Bəyan edirik ki, biz Azərbaycanda hüquq-mühafizə orqanlarının apardığı istintaq tədbirlərinin ədalətli sonuclanacağına, cəzası olan şəxslərin cəzalandırılacağına və cəzasızların azadlığa çıxacağına inanırıq. Bu səbəbdən də şəxsi tanışlığımız olmayan, peşə sahəsinin bizə heç bir bağlılığı olmayan bir futbolçunun zaminə götürülməsində iştirakçı ola bilmərik.

GUNDEMİNFO.AZ-ın rəhbərliyi olaraq bəyan edirəm ki, bu məsələ cəmiyyətdə birmənalı qarşalınmayıb və ortada olan yanlışlığın müraciət müəllifləri tərəfindən ən qısa zamanda aradan qaldırılacağına ümid edirik. Həmçinin əmin olduğumuzu bildiririk ki,əgər kimsə qanunların icazə verdiyi şəkildə hansısa məhbusu zaminə götürmək istəyirsə, bu ya onun yaxın ailə üzvləri, ya həmkarları olmalıdır. Həmkarımızın öldürülməsinə faktına görə, bizlərin belə bir müraciətə imza atmamamız etik görünmür. Bütün həmkarlarımızdan bizim mövqeyimizi anlayışla qarşılamalarını rica edirik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
510 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...