Hyundai Auto Azərbaycanda vətəndaşı necə aldatdılar? Şikayət + fotolar

Mən, 2010-cu ilin oktyabrın 1-də 2010-cu il istehsalı olan Hyundai-Sonata markalı,sedan tipli, qara rəngli, 2359 kub sm-lik mühhərikə malik olan minik avtomobili almışam. (“Unibankın” Şəki filialının köməkliyi sayəsində) Avtomobilin mühərrik N- G4KEAU033958, Ban N-si KMHEC41CBBA151083. Avtomobilin 5 illik zəmanət kitabçası da vardır.
Mən işimlə əlaqədar bir sahibkar olaraq tez-tez qonşu Gürcüstana gedirəm. Aldığım 55 BJ 730 dövlət qeydiyyat nişanlı avtomobilimi etibarnamə üzrə Şəki şəhəri, M.Abbasov küçəsi ev 34-də yaşayan qaynım Əskərov Fizuli Nizami oğluna sürməyə vermişəm. Bu müddət ərzində avtomobilimlə bağlı hər hansı problem olmamışdır. Lakin 26 iyun 2015-ci il tarixində F.Əskərov Bakıdan Şəki şəhərinə qayıdarkən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən 120-ci km-də 60- 80 km/saat sürətlə hərəkət edən zaman yola qəfil çıxmış sahibsiz heyvanları vurmamaq üçün avtomobili asfaltdan kənara çıxarmağa məcbur olmuş və bu zaman idarəetməni itirmişdir. Nəticədə baş vermiş ağır qəza nəticəsində avtomobil 4 dəfə aşmışdır. Qəza nəticəsində avtomobilin dam örtüyü, qabaq kapot hissəsi,sağ-sol yan qapıları əzilmiş, arxa şüşəsi tam sınmış, qabaq şüşədə çoxsaylı çatlar əmələ gəlmişdir.Avtomobildə olan sürücü Fizuli Əskərovun başı və bədninin müxtəlif yerləri əzilmiş, baldızının çiyni sınmış, baldızı oğlunun qolu ciddi zədələndiyindən Şəki Rayon Mərkəzi xəstəxanasında tikiş qoymuşlar. Mən onların müalicəsini indi də davam etdirirəm. Və bütün xərcləri də (3000 manata yaxın) şəxsən ödəmişəm. Qəza nəticəsində avtomobildə olan 3 nəfər ciddi sarsıntı keçirmiş, uzun müddət özlərinə gələ bilməmişlər.
Lakin çox təəssüflər olsun ki, zərbələr nəticəsində ön sərnişinlərin, sürücünün, arxa sərnişinlər və yan hava yastıqlarının açılmamış, sürücü və sərnişinlər bədən xəsarətləri almışlar. Baş vermiş qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi polis mayoru Mehman Şükürov HK-1/703 saylı, 30 iyun 2015-ci il tarixli Arayış tərtib etmişdir. Arayışda qeyd edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar Hyundai-SONATA markalı 55 BJ 730 dövlət qeydiyyat nişanlı avtomobilin BDYPİ-nin YPXA-nın 5-ci tağımının Şəki rayonu ərazisində yerləşən 717-saylı stasionar postun duracağından çıxarılıb təmir edilməsi üçün aparılmasına icazə verilir”. Lakin ağır qəzadan sonra DYP-nin duracağından çıxarılan avtomobil indiyə qədər Şəki şəhərində qaynımın həyət evində saxlanmaqdadır. Onu belə vəziyyətdən sonra təmir etməkdənsə yeni avtomobil almaq daha yaxşı olardı. Məsələilə bağlı, yəni avtoqəza zamanı avtomobilin heç bir (cəmi 12 ədəd yastıq) təhlükəsizlik yastıqlarının açılmamasını biz istehsal qüsuru kimi qiymətləndiririk və bu barədə Hyundai-Azərbaycan Avto şirkətinin Şəkidə fəaliyyət göstərən dilerinə məlumat versək də onlar bu barədə bir söz deyə bilməyəcəklərini,Mərkəzi ofislə əlaqə saxlamağı bildirmişlər. Nümayəndəliyin Bakıdakı mərkəzi ofisi ilə iyul ayında əlaqə saxlasaq da zəmanət şöbəsinin müdiri bizi əvvəlcə texniki şöbənin müdiri Sənan Məmmədovla əlaqə saxlamağımızı məsləhət gördü. S.Məmmədov isə hal-hazırda məzuniyyətdə olduğu üçün məsələ açıq qalmışdır. Bildirmək istərdik ki, hələlik avtomobilə verilən zəmanət müddəti bu ilin oktyabrın 1-də bitəcəkdir.
Mən bir istehlakçı olaraq bu məsələnin ədalətlə çözülməsi üçün HYUNDAİ-AZƏRBAYCAN şirkətinə ( rəsmi nümayəndəliyə) təklif edirəm: Avtomobildə həqiqətən istehsalat qüsurunun olub –olmamasını aşkar etmək üçün,yəni, şirkət mütəxəssislərinin əmin olmasını təmin etmək üçün bu günədək təmir olunmamış “HYUNDAi-SONATA” markalı, 55 BJ 730 nömrəli avtomobilimin üzrərində !Hyundai” şirkəti mütəxəssislərinin və səlahiyyətli nümayəndələrinin,Azad İstehlakçılar Birliyinin,digər hal şahidlərinin iştirakı araşdırma aparsınlar. Qəza zamanı avtomobildə olan ailə üzvlərinin (ikisi azyaşlı uşaq olmaqla) ciddi bədən xəsarətləri almağımızla sağlamlığımıza xeyli ziyan dəymişdir. 50 gündür ki, sərnişinlərin sağlamlığı ilə məşğul oluram. Avtomobil qəzadan sonra elə vəziyyətə düşmüdür ki, artıq onu təmir etdirib yenidən istifadə etməyin heç bir mənası qalmayıb. Korpusundan əlavə mühərrik və beyin sistemi də tam yararasız hala düşmüşdür. Belə avtomobili xərc çəkib təmir edib sürmək ağılsızlıq olardı. Mən Hyundi-Sonata markasının son modelini ona görə seçmişdim ki, 12 təhlükəsizlik yastığına malik olduğundan güman edirdim ki, avtomobildə ailəm tam təhlükəsiz səyahət edə biləcək.
Amma yanılmışam. Mənə 36000 (otuz altı min manat) AZN-ə başa gəlmiş avtomiobili 4,5 il müddətində istismar etmişəm. Bu qəzadan sonra Hyundai markasına artıq güvənmirəm. Odur ki, avtomobilin istismar müddətini nəzərə alaraq şirkətdən 20000 (iyirmi min manat) və sağlamlığıma dəymiş zərərə görə 4000 (dörd min manat), mənəvi zərərə görə isə 15000 manat cəmi 39000 (otuzdoqquz min manat təzminat verilməsini tələb edirəm. Qəzalı vəziyyətdə olan avtomobili isə Hyunday şirkəti götürüb hara istəsə apara bilər.
Biz “İstehlakçıların hüquqları haqqında” qanuna əsaslanaraq HYUNDAİ şirkətinin Azərbaycan nümayəndəliyinə qarşı iddia qaldırmağa məcbur olduq və baş vermiş hadisəyə reaksiya vermək istəməyən şirkətin fəaliyyətini antireklam olaraq MDB və yerli KİV-də işıqlandırmağı da planlaşdırmışıq.


567 dəfə oxundu