"Səba" Broyler çökür rəsmi

"Səba" Broyler çökür


Ən böyük broyler məhsulu istehsalçısı “SƏBA” (keçmiş “Dəvəçi Broyler”) ilk dəfə ziyana düşüb.

Şirkətin hesabatına görə, 2014-cü ildə satış həcmi 1,5 mln manat artaraq 40,4 mln manatı keçib. İstehsal və digər xərclər il ərzində 6 mln 340,4 min manat artaraq 42,3 mln manat olub. Nəticədə “SƏBA” ASC-nin illik ziyanı 1 mln 943,9 min manat olub. 2014-cü ildə şirkət broyler məhsulu satışını 500,4 ton artıraraq 14,3 min tona çatdırıb. Nizamnamə kapitalı 4,8 mln manat olan şirkətin xalis aktivləri 31,7 mln manatdır. İl ərzində xalis aktivlər 1,3 mln manat azalıb. 2014-cü ildə “SƏBA” ASC-nin 6,8 mln manat bank krediti olub.("Turan")



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
440 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...