Şamaxının icra başçısının yeni biznesi

Şamaxının icra başçısının yeni biznesi

Şamaxının icra başçısı Asif Ağayev yeni biznes qurub. JAM.AZ-a verilən məlumata görə, sözügedən şəxsin yeni biznesi torpaqla bağlıdır.

Belə ki, Asif Ağayev rayonun Çüxuryurd kəndinin yaxınlığındakı ərazilərdən torpaq qatını maşınlara dolduraraq, harasa göndərir. Kənd camaatı üçün yararlı olan və əkinçilik sahələrinin qazılaraq, daşınması isə etirazla müşahidə edilsə də, bir nəticəsi olmayıb.

Məlumatda iddia olunur ki, torpağın hums qatının bir maşını 500 manata satılır. Lakin bu torpağın hara daşındığı kimsəyə məlum deyil. Camaatın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilən şikayətlərə da baxan olmayıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...