Deputatın notariusu “maliyyə xəyanətlərində “ hansı rol oynayıb?

Deputatın notariusu “maliyyə xəyanətlərində “ hansı rol oynayıb?

Rəşad Məmmədovun pul maxnasiyaları Rövşən Rzayevin notariusunda rəsmiləşdirildi

“Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov bu gün saxlanılıblar.

Bir neçə gündür Azərbaycanda maliyyə fırıldağı ittihamı ilə bir qrup iş adamlarının həbsi ilə bağlı məlumatlar yayılır. Bu gün isə həbs olunan iş adamlarının arasında Bayraq Meydanının bu günlərdə vəzifəsindən azad olunan rəisi Rəşad Məmmədov da var.

“Azİmport”dakı mənbələrdən virtualaz.org saytına verilən xəbərə görə, mülki geyimli şəxslər bu gün şirkətin ofisinə gedərək R.Məmmədovu və onun şirkətdəki şəriki Azər Əsgərovu saxlayıblar. Məlumata görə, həmin mülki geyimlilər bir müddətdən sonra Azər Əsgərovla birlikdə şirkətin ofisinə qayıdıblar. Onlar ofisdən zəruri sənədləri götürərək A.Əsgərovla birgə yenidən naməlum istiqamətə gediblər. “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov haqqında isə PİA.AZ-a ilginc məlumatlar daxil olub.

Məlumata görə, Rəşad Məmmədovun bütün qanunsuz əməliyyatlari millət vəkili Rövşən Rzayevə məxsus notariusda qanuniləşib. Ən son əldə etdiyimiz xəbərə görə isə, Rövşən Rzayevə məxsus natarius qanunsuz işləri təsdiqlədiyinə görə bağlanıb. Notarius İşərişəhərdə özəl olaraq fəaliyyət göstərirmiş.

Qeyd edək ki, Rövşən Rzayev 1994-2004-çü illərdə 41 saylı dövlət notariusunun rəhbəri olub. Məsələyə aydınlıq gətirmək üçün PİA.AZ-ın əməkdaşı millət vəkili Rövşən Rzayevə dəfələrlə zəng etməyinə baxmayaraq, zənglərimiz cavabsız qaldı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...