Avropa rus qazından imtina edə bilərmi?
Rusiya-Ukrayna savaşı gərginləşdikcə, dövrəyə yeni qarşılıqlı iqtisadi basqılar çıxır. Bu basqılar ondan ibarətdir ki, Avropa və ABŞ Rusiyanın Ukraynanı işğal etməsindən çəkindirmək üçün iqtisadi sanksiyaları bir qədər də dərinləşdirir. Maraqlıdır ki, tətbiq edilən sanksiyalar daha çox siyasi xarakterlidir.
Bundan başqa, daha çox rusiyalıların sosial həyatına yönəlik təhdidlərdir. Yəni rublun dəyər itirməsi ən pis halda vətəndaşların sosial həyatını ağırlaşdıra bilər. Ərzaq qıtlığı, ticarətdə durğunluq və sair. Bəlkə də ABŞ və Avropa bununla daxildə sosial narazılıqları dərinləşdirib, rəsmi Kremlə qarşı basqılar və hətta inqilab da planlayır.
Lakin istənilən halda ortada olan sanksiyalar Rusiyanın təmamən dünyadan tədric edilməsi ilə bağlı deyil. Rusiya regionda kifayət qədər mühim iqtisadi bağları olan, qarşılıqlı ticarət potensialı olan ölkədir.
Bu baxımdan da Rusiyanın bir sıra beynəlxalq maliyyə hesablaşmalarından, mühim ödəniş sistemlərindən təmamən tədric edilməsinə yönəlməyib. Rusların SWIFT sistemindən hələ də tam çıxarılmamasının əsas səbəblərindən də biri budur.
Rəsmi statistik məlumatlara əsasən, Rusiya Avropanın təbii qaza olan tələbatının 50 faizini ödəyir. Digər 50 faizin böyük hissəsini Avropa Norveç və Əlcəzairdən alır. Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən dördü birbaşa Rusiyadan asılıdır, digər 12-sinin qaz ehtiyacının yarıdan çoxunun da təminatçısı Rusiyadır.
Rusiya qazı Avropaya "Şimal axını", "Yamal-Avropa" və "Qardaşlıq" kimi bir neçə böyük boru kəməri ilə ixrac edir. Həmin qaz əvvəlcə regional anbarlarda toplanır, sonra qitənin müxtəlif ölkələrinə paylanır.
Avropa Qaz İnfrastrukturu İdarəsinin məlumatlarına görə, hazırda Avropada təbii qaz ehtiyatı son 10 illik ehtiyatdan azdır.
Yalnız Britaniyanın çənləri doludur. Rusiya bu ölkənin qaza tələbatının yalnız 5 faizini ödəyir. Ona görə də Britaniya digər Avropa ölkələri kimi Rusiya qazından asılı deyil. Elə bu səbəbdən də daha ağır və praktik iqtisadi embarqolar məhz Britaniya tərəfindən tətbiq edilir və bütün təkliflər dəstəklənir.
Lakin Avropada 12 ölkə hələ də Rusiyadan imtina ediləcəyi təqdirdə, alternativ qazı haradan alacağını müəyyən edə bilməyib. Məsələn, bu problemdən qurtulmaq üçün Latviyada 2010-cu ildən Cənubi Koreya texnologilaraı ilə qurulması planlaşdırılan sıxılmış qaz anbarlarının tikintisi yekunlaşdırıla bilməyib. Bu anbarlara Qətər, Norveç və Əlcəzairdən alınaraq toplanan qazın perspektivdə 10 illik ehtiyatları təmin etmək üçün hazırlanırdı. Lakin anbarların qurulması çox baha olmaqla yanaşı, eyni zamanda bu anbarlara daşınacaq mavi qazın daşınma xərcləri də kifayət qədər yüksəkdir. Avropa üçün real alternativ qaz ehtiyatları yoxdur.
Avropanın rus qazından imtina etməsi halında özünün daha ağır duruma düşəcəyi ehtimal olunur. Çünki Rusiya qazını sata biləcək bazarı var. 2021-ci ildən etibarən Rusiya Çinə qaz ixracını artırıb. Hətta ölkənin şərqində qaz emalı zavodu da açıb. Həmin zavodun dünya üzrə ən böyük belə müəssisə olacağı gözlənir. Deməli, Avropadan fərqli olaraq Rusiya öz qazını toplamaq və satmaq üçün bazarı artıq formalaşdıra bilib.
"Hüriyyət"in iqtisadiyyat şöbəsi
429 dəfə oxundu