Xətadə park satılıb, ağaclar qırılıb - icra başçısı isə "susur"

Xətadə park satılıb, ağaclar qırılıb -

Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsinin Ukrayna dairəsinə yaxın hissəsi atıq 4 ildir hasara alınıb.

Axar.az xəbər verir ki, kiçik parkın Ukrayna dairəsindən giriş hissəsi kimlərəsə qanunsuz olaraq satılıb və həmin ərazi hasarlanıb. Təyinatı bəlli olmayan tikinti də başlayıb, nəticədə ağaclar məhv olub, piyadaların da yolu bağlanıb. Amma 4 ilə yaxındır ki, nə bu tikili başa çatdırılır, nə də qanunsuz tikintini sökən var.

Ərazidə aparılan tikintinin təyinatı, parkın bir hissəsini və piyada yolunun zəbtinin səbəbi və nəhayət, 4 ildir bu problemin niyə həll olunmaması barədə Xətai Rayon İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etsək də, suallarımıza cavab ala bilmədik.

Xatırladaq ki, məsələ 3 il əvvəl də saytımız tərəfindən işıqlandırılıb. Xətai Rayon İH həmin vaxt göndərdiyimiz sorğunu da cavabsız qoymuşdu.
Xətadə park satılıb, ağaclar qırılıb -
Xətadə park satılıb, ağaclar qırılıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
648 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...