Deputatın şirkəti XALQA QARŞI...

 Deputatın şirkəti XALQA QARŞI...
Rəqəmsal və məişət texnikası, mebel və tekstil satışı üzrə ölkənin ən böyük mağazalar şəbəkəsindən biri olan “Kontakt Home” bu gün onlarla vətəndaşa qarşı məhkəmə iddiası qaldırıb.

DİA.AZ xəbər verir ki, təkcə bu gün Xəzər Rayon Məhkəməsində “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi olan “ABC-Telecom” MMC-nin iddiaları əsasında 29 iş icraata götürülüb və hakimlər təyin olunub.

Qeyd edək ki, daha əvvəl də “Kontakt Home” alqı-satqı müqavilələrinin pozulması iddiası ilə yüzlərlə vətəndaşı məhkəməyə verib.

Məlumat üçün bildirək ki, bir gün ərzində vətəndaşlara qarşı onlarla məhkəmə iddiası qaldıran “Kontakt Home”un özü barəsində səslənən iddialara bugünə kimi cavab verməyib.

DİA.AZ xatırladır ki, sözügedən şirkət deputat Elnur Allahverdiyevə məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1215 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...