Fuad Muradov istəmirmi ayaqları Şuşa torpağına dəysin?
Fotodakı gördyünüz şəxs Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur.
Foto Şuuşa şəhərində bu ilin aprel ayının 22 də keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində çəkilib. İki gündür ki, ölkənin sosial şəbəkələrində ən çox müzakirə edilən mövzudur. Fuad Muradovun açıq havada qoruyucu maskadan istifadə etməsi öz şəxsi gigiyenik qaydaları ilə bağlı ola bilər. Hərçənd ki, Şuşanın ətri, qoxusu o qədər təmizdir ki, bəlkə çoxları o havanı udmasalar yaxşıdır.
Şuşanın ruhu, Azərbaycan xalqının qəlbindəki müqəddəs yeri o qədər dəyərlidir ki, Fuad Muradovun “Cıdır düzündə” qoruyucu maskadan istifadə etməsi təqdirəlayiq hal kimi qəbul edilir.
Amma qurultay iştirakçısı olan o şəxslərin heç biri ayaqlarına qoruyucu maska taxmayıblar. Məsələn çoxları hələ də Şuşanın həsrətindədir. Onlar Şuşaya getsələr belə torpaqlara ayaq basmaqdan belə ehtiyat edərlər. Bəlkə ayaqlarımız altında görmədiyimiz kiçik çiçəklər əzilər. Çünki o çiçəklər 100 ildir ki, Şuşa uğrunda canını fəda etmiş oğul və qızlarımızın qanı, ruhu ilə qidalanır.
Amma zənn etmirik ki, Fuad Muradov bu səbəbdən ayaqqabılarının üstündən baxıl geyinib. Ayaqları o müqəddəs Şuşa torpağı ilə çirklənməsin deyə belə edib əlbət…
Bu qədər təkəbbür hardandır görəsən Fuad Muradovda? Axı 44 günlük Vətən Savaşından sonra bütün dünyanın heyranlıqla baxdığı bir dövlətin məhz diaspora ilə işinə cavabdeh olan şəxsdən söhbət gedir. Bütün dünyanın gözləri Şuşada, Dünya Azərbaycanlılarının V qurultayındaykən, niyə ayaqlarınızı və ağzınızı bağlayırsınız?
Yazının sonunda sizə Azərbaycanın Dövlət Başçısının və Birinci Vitse Prezidentin işğaldan azad edilmiş ərazilərə səfərlərinə aid bir neçə fotonu təqdim edəcəyik. Şərhsiz.
Bəlkə Cənab Muradov özü açıqlaya. Niyə ayaqlarına baxıl geyinib Şuşada…
GUNDEMİNFO.AZ
2448 dəfə oxundu