Mənsimovun yalanı - Əfqanıstanda xidmət etməyib
Günlərdir ki, Türkiyədə yaşayan iş damı Mübariz Mənsimovun video müsahibəsi müzakirə edilir. müxtəlif rəylər və fikirlər var. Eyni zamanda "Palmalı" şirkətinin sahibinin dedikləri ilə bağlı olaraq bəzi iddialar da var.
GUNDEMİNFO.AZ xəbər verir ki, jurnalist Eynulla Fətullayev isə M.Mənsimovun sovet ordusu tərkibində Əfqanıstanda döyüşdüyünə dair açıqlamasını araşdırıb. Məlum olub ki, 2 illik hərbi xidmət dövründə Mübariz Mənsimov aşbaz kimi Almaniyada yerləşən hərbi hissədə qulluq edir.
"Bir neçə gün öncə biznesmen Mübariz Mənsimov Sovet ordusu sıralarında Əfqanıstanda döyüşdüyünü bildirmişdi. Müfadiə Nazirliyindən sorğuma cavab olaraq bildiriblər"
- 22.03.1968-ci il təvəllüdlü, Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası-Qoşun Qidasının aşbazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.
Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib.
Eynulla Fətullayev daha sonra açıqladığı faktla bağlı qeydini də saxlayıb: "Şərhə ehtiyac varmı? Yalan danışdığına görə, aşbaz müəllim çıxıb xalqdan üzr istəsin!".
1095 dəfə oxundu