Zelenski Xarkovda - FOTOLAR

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin şərqindəki Xarkov vilayətinə səfər edərək əsgərlərə dövlət mükafatlarını təqdim edib.

Gundeminfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.
Açıqlamada bildirilib ki, cəbhə bölgəsinə səfər edən Zelenski cavabdehlik sahəsindəki müvafiq bölmələrin əməliyyat vəziyyəti barədə məlumat alıb, əsgərlərə dövlət mükafatları və hədiyyələr təqdim edib.
“Xidmətlərinizə görə hər birinizə təşəkkür edirəm. Hamımız və dövlətimiz üçün canınızı riskə atırsınız. Ukraynanın müstəqilliyini müdafiə etdiyiniz üçün sizə təşəkkür edirik. Özünüzə yaxşı baxın”, - deyə Zelenski bildirib.
Qeyd edilib ki, səfərdən sonra Xarkovdakı vəziyyətlə bağlı iclas keçirilib və Zelenski Xarkovda Rusiya raketləri ilə dağıdılan inzibati binalara və vilayətin Saltivka rayonunda dağılmış yaşayış binalarına baxıb.


Zelenski Xarkovda -
Zelenski Xarkovda -
Zelenski Xarkovda -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...