Polis çətin anlar yaşayan yaşlı adama belə yardım etdi - eksküliziv Video
Bu gün səhər saatlarında Mətbuat prospektində bir yaşlı kişi çətin anlar yaşayıb. Prospektin piyadalar üçün nəzərdə tutulmuş hissəsində çətinliklə hərəkət edən yaşlı kişi qəflətən müvazinətini itirib. Yol kənarına yıxılan yaşlı adamın yanındakı qadın ona yardım etməyə çalışsa da çətin anlar yaşayıb. Hadisə baş verən anda ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşları əks istiqamətdə hərəkətdə olmalarına baxmayaraq bir polis əməkdaşı maşından düşərək dərhal həmin yaşlı sakinlərə yaxınlaşıblar.
Polis əməkdaşı yaşlı adama yardım edərək onu dayanacaqa qədər gətirib. Yolun əks istiqamətində olan PPX maşını geri dönmə edərək onun yanına gəlib.
Gundeminfo.az xəbər verir ki, bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirərək yaxınlıqdakı səhiyyə müəssisəsinə aparıblar.
Bu hadisə ətrafdakı sakinlərin sevincinə və rəğbətinə səbəb olub.
GUNDEMİNFO.AZ hadisənin anbaan videosunu təqdim edir:
340 dəfə oxundu