"Azəriqaz" məhkəmə qərarını icra etmir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənabları tərəfindən yeridilən uğurlu siyasətin nəticəsidir ki, Ölkədə sahibkarlığın inkişafına geniş imkanlar yaradılmışdır. Möhtərəm Prezidentimizin sahibkarlara olan diqqət, qayğısından mən də yararlanaraq kiçik sahibkarlıqla məşğul oluram.
Əfsuslar olsun ki, bəzi məmurlar sahibkarlara süni maneələr yaratmaq kimi köhnə vərdişlərindən ya əl çəkə bilmir, ya da çəkmək istəmirlər.
İcarədarı olduğum Sumqayıt şəhərində yerləşən “Zəngəzur” kafesinə “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən yazılmış-3500 AZN dəyərində olan cərimə aktı Sumqayıt şəhər Məhkəməsinin Qərarı ilə silinmişdir. Sumqayıt Appelyasiya Məhkəməsi də Qərarın qüvvədə saxlanmasına dair 2(085)-319/2019 saylı Qətnamə qət etmişdir. 3 ildən çox vaxt keçməsinə baxmayaraq, Azəriqaz İB Məhkəmə Qərarını icra etmir.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Əliyev Orxan Rafiq oğlu müraiətində qeyd edib.
Şikayətçi yazır ki, Xətai Rayon İcra və Probasiya şöbəsi də öz işinə biganə yanaşır.
Dəfələrlə etdiyim müraciətlərə baxmayaraq borc hesabımdan silinmir.
Azərbaycan Respublikası Adından çıxarılan Məhkəmə Qərarı“Azəriqaz” İB tərəfindən 3 ildir ki icra edilmir.
Görünür bəzi məmurlar qəflət yuxusundadırlar. Hələ də Ali Baş Komandanın çıxışlarından xəbərsizdirlər.
Gundeminfo.az-a yollanılan müraciətində sahibkar Dövlət Başçısından yardım istəyərək qeyd edir: "Sizdən xahiş edirəm Sumqayıt Appelyasiya Məhkəməsinin 2(085)-319/2019 saylı Qətnaməsini icra etməyən “Azəriqaz” İB-nin tərəfindən icra edilməsi, bu işdə bütün məsul şəxslər barəsində inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verərək məndən Öz köməyinizi əsirgəməyəsiniz".
745 dəfə oxundu