Vüsal Novruzov gömrükdə yüksək vəzifəyə gətirilir
2018-ci ilin may ayının 29-da Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov vəzifəsindən azad edildi. Məhz həmin il, 2018-ci aprelin 23-də Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri təyin olunmuşdu. Sədr təyin edildikdən cəmi 24 gün sonra S.Mehdiyev dərhal V.Novruzovu işdən çıxardı. Yerli medaiada yayılan informasiyalara əsasən bu da səbəbsiz deyildi. Çünki Səfər Mehdiyev sədr təyin olunana qədər Komitədə birinci müavin kimi işləyirdi. Və elə birinci müavin işlədiyi zamanlarda da Bakı Baş Gömrük İdarəsinin rəisi ilə yola getmirdi. Lakin Aydın Əliyevin DGK sədri olduğu müddətdə səlahiyyəti və gücü çatmadığına görə Mehdiyev Novruxovu işdən azad edə bilmirdi.
Səfər Mehdiyev sədr təyin edildikdən sonra uzun illər ona tabe olmayan bir neçə generalı da işdən çıxarmışdı. Elə məhz bu gün DGK-da sədrin səlahiyyətlərini icra edən və cari ilin iyul ayının 18-də komitəyə birinci müavin təyin olunan Şahin Bağırov da Səfər Mehdiyev tərəfindən vəzifəsindən çıxarılmışdı.
Şahin Bağırovun geri dönüşü, bir zamanlar DGK-dan Səfər Mehdiyev tərəfindən uzaqlaşdırılan bir neçə generalın da yenidən gömrük sisteminə qaytarılması gözlənilir.
Gundeminfo.az-a daxil olan məlumata əsasən yaxın günlərdə bir vaxtlar Səfər Mehdiyev tərəfindən vəzifədən azad edilən General Vüsal Novruzov da gömrük sistemində yeni vəzifəyə gətiriləcək. Məlumata əsasən məhz Səfər Mehdiyevə arxalanaraq işdən uzaqlaşdırılan Vüsal Novruzova cəbhə açan məşhur broker oliqarxı Əbülfəz Məlikovun həbsi də situatsiyanı dəyişib.
Gundeminfo.az-a danışan mənbə iddia edir ki, Səfər Mehdiyevlə dərin maliyyə bağları olan Əbülfəz Məlikov uzun illər V.Novruzova qarşı "kompromatlar" toplayaraq yuxarılara təqdim edirmiş.
Vüsal Novruzovu təkəbbürlü olmasına ramən gömrük işini bilən azsaylı kadrlardan olduğunu iddia edən mənbə bildirir ki, Şahin Bağırov məhz sistemi yaxşı tanıyan şəxs kimi Vüsal Novruzovu vəzifəyə geri qaytaracaq.
2337 dəfə oxundu