Bakıda qüsurlu uşaqlara işgəncə verilir - VİDEO

Bakıda qüsurlu uşaqlara işgəncə verilir -
Bakıda reabilitasiya mərkəzlərinin birində uşaqlara işgəncə verilməsinin görüntüləri yayılıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, hadisə Bakının Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində yaşanıb.
Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verməsi, saçlarını yolması və döyməsi əks olunub.
***
Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub. Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcək.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
463 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...