Özünüzü aldatmayın, səmimi olun Aysel Velizade

Özünüzü aldatmayın, səmimi olun

Səmimi olmaq, səmimi davranmaq ifadələrini hər kəs fərqli mənada başa düşür. Bəziləri üçün səmimi olmaq saxta təbəssüm etmək, ətrafındakılara saxta sevgi və qayğı göstərmək, yersiz zarafatlar etmək, qarşısındakı insanı incidəcək tərzdə hansısa xüsusiyyətini vurğulmaq və s. deməkdir. Əslində isə səmimiyyət insanın daxili ilə xaricinin bir olması, dürüst, açıqfikirli və fikirlərində dəqiq olmasıdır. İnsanın əsl düşüncələrini və kimliyini gizlətmədən, mənfəət güdmədən, özünü olduğundan fərqli göstərməyə çalışmadan açıq şəkildə ortaya qoymasıdır. Səmimiyyətin ən önəmli özəlliyi isə qəlbən yaşanmadığı halda, heç bir şəkildə təqlid edilə bilməməsidir.

İnsanların çoxu məhz bu incə detalı gözdən qaçırırlar: özlərini qəlibə salıb, olmadıqları ruh halında və yaşamadıqları əxlaqda görünməyə çalışırlar. Hər nə qədər bunu təbii şəkildə etməyə çalışsalar da, kənardan baxanlar onların bu aciz hallarını görür. Və bu ruh halı onların davranışlarına, danışıqlarına sünilik gətirir. Bu süni davranışlar isə onların əsl xarakterini əks etdirmədiyi üçün insanlarda da onlar haqqında müsbət fikir əmələ gətirmir. Əksinə onların ikiüzlü xarakteri ortaya çıxmış olur. Çünki hər insana sanki onun xarakterindəymiş kimi görünməyə çalışıb, öz ağıllarınca onları təsirlərinə salacaqlarını düşünürlər.

Bunların əksinə, səmimi insanların bütün davranışları təbii və içlərindən gəldiyi kimidir və bu, insanlar üzərində də çox dərin və müsbət bir təsir meydana gətirir. Çünki səmimi insanın baxışları, danışığı, üslubu, mimikaları çox təbii və təsirlidir.

Səmimiyyət isə Allah qorxusu və sevgisi ilə qazanılır. Quran əxlaqından xəbərsiz olan insanlar süni davranışlarda bir yalnışlıq görməz, mənfəətləri naminə heç sevmədikləri insanlara saxta sevgi, qayğı göstərə bilərlər.

Quran əxlaqını yaşayan insanlar isə bu davranışlardan uzaq olur, çünki qəlbində Allah qorxusu vardır. Heç bir zaman mənfəətləri uğruna insanların razılığını axtarmağa çalışmırlar, çünki bu cür səviyyəsiz davranışların insanı həm Allah qatında, həm də insanların gözündə kiçildəcəyini bilirlər. Allah’ın qəlblərdə olanı bildiyinin şüurundadırlar, necə ki, bir ayədə bu şəkildə buyurulur:

Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura surəsi 24)

Bu səbəbdən, insanın qəlbində olanı ətrafındakılardan gizlətməsinin özünə heç bir faydası olmaz. Allah, onsuz da bunu bilir. İnsanın buna rəğmən başqalarını aldatmağa çalışması böyük bir ağılsızlıq və səmimiyyətsizlik olar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1005 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...