«Atam deyir ki, sənin mənə borcun yoxdu, oğluna borcun var»

«Atam deyir ki, sənin mənə borcun yoxdu, oğluna borcun var»


Cənnət anaların ayaqları altındadır - gerçəkdən… Amma atalar cənnətdən də ucada dayanırlar. Atalar Tanrının əmrini icra edən, onun əmri ilə övladların dünyaya göz açması üçün bir əmr qullarıdır. Atalarımız, oğullar üçün örnək, sədaqət, mətanət, kişilik dəyəridir. Atalarımız bir dəyərdir. Analarımızın ƏRİDİR. Ər-sözün bütün mənalarında qürurla ifadə etdiyim TÜRK millətinin varlığını qoruyan, yaşadandır. Türk milləti ƏRLƏRİ ilə hər zaman qürur duyan XATUNLARIN soyuna soy, boyuna boy qatan bir sancağı, simgəsi, bayrağıdır… Bu belə olacaq belə də davam edəcək.

Atam tam 40 ildir ki, Sabirabadda orta məktəbdə müəllim işləyir. 40 ildə ən azı onminlərlə şagirdin xeyir-duasını verib həyatda dəyərli vətəndaş, dəyərli ata və oğul olmaları üçün örnək olub. O, sovet dövrünün saf, ülvi hislərlə yaşayan, orta məktəb müəllimidir. O, zəhməti ilə əkin-biçin becərən, mal-qara saxlayaraq qürurla yaşayan, 3 oğul, bir qızın atasıdır. Mənə görə Allahın yerdə müqəddəs əmrini vicdanla-namusla icra edən sadiq bir quludur.

Atamı daha çox ata olduqdan sonra, ilk övladımın hərarəti yüksələndə, səhərə qədər küçələrdə oyan-bu yana qaçanda sevdim. Onu sevməm üçün romantika, idealogiya bütün gücünü itirdi. ATAM sözün bütün mənalarında nəvəsi olan ATİLLA-nın hərarətinin yüksəldiyi zaman yanında oldu. Qəlbən, ruhən, cismən…

Atamı bilmədən bəlkə də çox incitmişəm... Bu səhər imkanım olsa ondan dönə-dönə üzr istəyəcəm. Onsuz da mənə ən ağır günündə belə hər dəqiqəsi üçün narahat olanda «Get ailənin yanına, sənin mənə borcun yoxdu, sənin öz övladına borcun var» deyir. Kimin belə ATAsı varsa onu sevsin. Sonra gec olmasın. Tanrım bizi bütün dünyanın ən sevdiyi milləti olaraq yaratdı…

Hər kəsə sevgilərlə Razi ABASBƏYLİ



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
706 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...