Bundan daha əla dövlət modeli yaratmaq olmazdı - Təşəkkürlər CƏNAB PREZİDENT

Bundan daha əla dövlət modeli yaratmaq olmazdı -

Bundan sonra ölsək də qəm yeməriz… Türk dövlətlərinin tarixində heç bir zaman Türkiyənin Azərbaycanla olan, dövlətin-dövlətlə olan bunca yaxınlığı olmayıb. Olacaqmı da bilmirəm. Amma Cənab Prezident İlham Əliyevin bütün geosiyasi gəlişmələrə, qonşularla olan münasibətlərə ramən Azərbaycan adına, Azərbaycan dövləti adına Türkiyəyə sonuncu səfəri bütün dünya üçün, Bütün Tıürk dünyası üçün sözlə ifadə edilməyəcək dərəcədə əlamətdar idi.

Azərbaycan Rusiya ilə həmsərhəddir. 2 milyona yaxın soydaşımız Rusiyada ticarətlə məşğuldur. Azərbaycanla qonşu olan bu dövlət dünyanın ən böyük dövlətlərindən biridir. Şimalda sərhədlərimizin böyük bir hissəsi Rusiya ilə toqquşur. Rusiya son bir ayda Türkiyə ilə hərbi və siyasi qalmaqalla üzləşib. Türkiyə prezidenti Ərdoğanın Bakı səfəri öncəsi Ankarada törədilmiş terror bir sıra qaranlıq məqamlar yaratdı…

Amma və lakin Azərbaycanın prezidenti dar gündə Türkiyənin yanında olmağı tərcih etdi. Ərdoğan gələ bilmədisə İlham Əliyev qardaş-qardaşa dar gündə gərək deyib «mən gələrəm» deyərək Türkiyəyə yollandı. Azərbaycan dövləti adına Türkiyə üçün tarix boyunca heç kimin etmədiyi, edə bilmədiyi, etməyə cəsarəti çatmadığı bir jestini etdi.

Bununla bitmədi ki…

Azərbaycan dövləti adına Avropa ilə savaş aparanda, Avropadan qınaq gələndə bu dövlətin başında duranlar gərəkən cavabı verdilər. Əlbəttə ki, o zaman çoxları iddia elədi ki, Rəsmi Bakı Moskvanın dediyi ilə oturub-durur. İlham Əliyevin sonuncu Ankara səfəri bir daha sübut etdi ki, Bakıda heç də Rusiyanın istədikləri ilə nə oturan, nə də duran var. Azərbaycan regionda İran, Rusiya kimi dünyanın iri dövlətləri ilə əhatə olunub. Amma heç bir zaman dünyanın nə İrana, nə də Rusiyaya münasibətindən asılı olmayaraq Rəsmi Bakı oturmaq lazım olanda masaya oturub, durmaq lazmı olanda isə Qardaşlarının yanında durub. Arxa olub…

Azərbaycan neft və müsəlman ölkəsi olaraq dünyaya ən ideal bir dövlət modelini sərgiləyir. Dünyada iki dövlət Türkiyə və Azərbaycan bunu edə bilib. Üçüncü bir dövlət varsa, göstərin. İndi bizim bir dərdimiz var - o da Qarabağ dərdidir. Onu da əbədi olan TÜRK DÖVLƏTİNİN daimi siyasi iradəsi ilə geri alacağıq. Tarixdə keçici olan erməni dövlətinin mövcudluğu kimi, Qarabağ da tarixdə daima mövcud olan Türk DÖVLƏTİNİN qisası olaraq gerçəkləşəcək. QARABAĞ BİZİMDİR- BİZİM DƏ OLACAQ!
Təşəkkürlər CƏNAB PREZİDENT! Təşəkkürlər Azərbaycan. Bayramımız mübarək olsun. Düşmənlərimizin acığına həmrəy olaq, bir olaq - VAR OLAQ!

Razi ABASBƏYLİ
GUNDEMİNFO.AZ üçün



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...