Regionun sülh və dostluq bələdçisi - İlham Əliyev qonşularına necə dəstək olur?

Azərbaycan xarici siyasətində böyük uğurlara imza atıb. Dövlət başçısının sistemli olaraq illərdir ortaya qoyduğu beynəlxalq prinsipiallıq artıq öz bəhrəsini verməkdədir. Cənab İlham Əliyevin tutduğu mövqe ölkə daxilindəki sabitliyi simvolizə etməklə yanaşı, həmçinin də xarici siyasətdə, qonşuları ilə münasibətdə barış və dostluq simvoluna çevrilib. Bütün dövrlərdə dəyişən geosiyasi dəngələrə baxamayaraq Rəsmi Bakı öz prinsiplərindən imtina etməyib. 2008-ci ildən bəri Rusiya ilə Gürcüstanın münasibətlərinin psiləşməsi, Türkiyə ilə Rusiyanın və ya elə bütün dünya ilə İranın münasibətlərinin psiləşdiyi bir zamanda Azərbaycan ortaq barış nöqtəsi rolunu oynaya bilib. Azərbaycan regionda, çevrəsində olan bütün qonşuları ilə dostluq və əməkdaşlıq prinsiplərindən bir addım belə geri çəkilmədi.
Əksinə Bakı əksər beynəlxalq toplantılara ev sahibliyi edərək bir-birinə diplomatik, hərbi, iqtisadi düşmən olan bütün tərəfləri bir massa arxasında oturda bildi. İlham Əliyevin rəhbərliyi ilə keçirilən belə tədbirlərin sayı-hesabı yoxdur. Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsi isə tarixdə mühim bir hadisə kimi qaldı. Bu yarışma təkcə idman tədbiri deyil, həm də geosiyasi münasibətlərin tənzimlənməsi üçün xüsusi əməyyət kəsb edirdi.
Gürcüstanla münasibətlər
Azərbaycan hər zaman qonşu Gürcüstanla münasibətlərdə ən üst səviyyədə dəstəkçi rolunu oynayıb. Tiflisdə bunu bilməyən yoxdur ki, Azərbaycanın bu ölkəyə yatırdığı investitsiyaların səyasində minlərlə yeni iş yeri açılıb. Bakı-Tiflis-Ceyhan kəmərinin gürcü torpaqlarından keçməsinə görə aldığı tranzit haqqı kifayət qədər böyükdür. Azərbaycanın ən iri dövlət investitsiya qurumu olan SOCAR-ın xətti ilə bü ölkədə enerji sektoru ayaqda durub, inkişaf edir. Sosial layihələr. Dövlət başçısının şəxsi təşəbbüsləri ilə Gürcüstanda yaşayan soydaşlarımızın təhsil, kommunal, mədəni imkanlarının daha da yüksəldilməsi üçün iri layihələr həyata keçirilib. Hətta yuxarda qeyd etdiyimiz kimi Gürcüstanla-Rusiya arasındakı münasibətlər ən gərgin olan zamanlarda belə Cənab İlham Əliyev ortaya iradə qoyaraq münaqişə tərəflərini barışığa səsləyib.
İranla münasibətlər
Bütün dünya İrana qarşı embarqolar tətbiq etdiyi zamanlarda Azərbaycan bir saat da olsa Tehranla əlaqələrini, mövcud prinsipial münasibətlərini dəyişmədi. Hətta Azərbaycanın ən yaxın tərəfdaşı olan İsraillə İranın münasibətlərinin gərgin olduğu bir zamanda belə münasibətlər dəyişmədi. Ticarət, təhsil, səhiyyə sahəsindəki əməkdaşlıqlar ən yüksək səviyyədə oldu. İranla indiki münasibətlər isə elə Dövlət Başçısının sərgilədiyi ardıcıl və prinsipial münasibətlərə görə, daha da inkişaf edən fazaya qədəm qoyub. Bu gün Bakıya gələn iranlı turistlərin sayının kifayət qədər yüksək olduğunu statistikadan kənar, paytaxt sakinləri aşkarca müşahidə edə bilirlər.
Rusiya ilə münasibətlər
Azərbaycan əhalisinin 2 milyona yaxını indii Rusiya ərazisində yaşayır, işləyir, öz vətənlərinə maddi olaraq dəstək olurlar. Azərbaycan Rusiya ilə təkcə quru deyil, su hövzəsi olaraq da sərhəddə yerləşir. Regionun supergücü olan Rusiya ilə münasibətlər Qarabağ münaqişəsinin ən kritik məqamlarında, sonuncu aprel döyüşlərində belə yenə də pozulmadı. Rusiya ilk növbədə Azərbaycan Prezidentinə müraciət edərək münaqişənin dayandırılmasını xahiş etdi. Hansı ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Dinc əhaliyə qarşı silahdan istifadə edərək işğalçılar layiqli cavablarını aldıqlarını bilirdilər. Bu səbəbdən də Rusiya tarixi tərəfdaşı olan ermənilərə yox, Azərbaycana, Azərbaycanın prezidentinə minnətçi düşdü.
Faktları istənilən qədər uzatmaq olar.
Türkiyə ilə münasibətlərin
Bu münasibətlər isə bəlkə də Azərbaycanın dövlətçilik tarixində olmayan qədər iki dövlətin yaxınlaşdığı tarixi dönəm kimi dəyərləndirilə bilər. Yenə də Azərbaycanın əsas tərəfdjaşı, güclü qonşusu olan Rusiya ilə münasibətlərin kəskinləşdiyi bir zamanda Azərbaycan Prezidenti Türkiyənin yanında oldu. Beynəlxalq tədbirlərdə Türkiyənin olmadığı yerdə «Mən varam» dedi. Ərdoğan terror səbəbiylə Bakıya gələ bilmədi - Azərbaycan prezidenti «Mən gələrəm» deyib qardaş ölkənin yanında oldu. Bütün Türk Dünyası üçün böyük bir örnək, türk millətinin sevgisi ilə qarşılanan mühaim bir jest…
Və nəhayət bu gün Azərbaycan Prezidenti Avropa ilə münasibətlərdə ən yüksək səviyyənin təmin edilməsinə, dostluğun qurulmasına nail ola bildi. İstər aprel döyüşlərində, istərsə də Avropanın Rusiya ilə münasibətlərində Azərbaycan Prezidenti xarici siyasi kursun prinsipləirindən imtina etmədi. Əksinə hər iki tərəflə dostluq münasibətlərini qoruyub saxladı.
QAZANAN İSƏ AZƏRBAYCAN OLDU.
Bu gün Azərbaycanın millət vəkili Azay Quliyev ATƏT kimi bir mühim qurumda vitse-prezident seçilir. Dövlətimizi təmsil edirsə, deməli bu uğurlar dövlətin birinci şəxsinin ortada olan iradəsi ilə mümkünləşir.
Nəhayət bu gün Azərbaycanın Dövlət Başçısı NATO-nun çox bir bir sammitinə qatılır. Polşanın paytaxtı Varşavada başlayan NATO sammitində Azərbaycan prezident idə tam hüquqla iştirakçıdır. Bu sammitdə əsas mövzu sərhədlərdən kənarda olan sabitlik və təhlükəsizliklə bağlıdır. Deməli Azərbaycan yerləşdiyi məkanda sərhədlərindən kənarda belə təhlükəsizliyin və sabitliyin əsas apırıcı tərəfinə çevrilib.
Azərbaycan artıq dünya dövlətinə çevrilib. Dünyanın həlledici bir tərəfinə, barış və əməkdaşlığın ortaq, mərkəz nöqtəsinə…
Bütün bunlara görçə, Azərbaycan adına Təşəkkürlər CƏNAB PREZİDENT!
Razi ABASBƏYLİ
Gundeminfo.az
3060 dəfə oxundu