Qətlə yetirilən professor həm də AzTV-də veriliş APARIRDI

Qətlə yetirilən professor həm də AzTV-də veriliş
2016-cı ildə fəaliyyəti dayanmış “Təfəkkür” Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə bu gün yaydığı məlumatda bildirib ki, sabiq rektor Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin institut nəzdindəki Dissertasiya şurasının sədri vəzifələırindən kənarlaşdırılaraq həbs edilib.

Xatırladaq ki, “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da yaşadığı evin yaxınlığında qətlə yetirilmişdi.

Qeyd edək ki, mərhum professor Tariyel Əhmədov “Təfəkkür” Universitetinin həmtəsisçilərindən biri idi.

Universitetinin Əsasnaməsinə görə, 2013-cü ildə rektor vəzifəsi T.Əhmədova verilməli imiş.

Bunu isə o zaman universitetə rəhbərlik edən digər həmtəsisçi Müşfiq Atakişiyev istəmirmiş.

Baş Prokurorluğun məlumatında da bildirilib ki, Müşviq Atakişiyevin Tariyel Əhmədovu özünün rektor vəzifəsində qalmasına maneə kimi qəbul etdiyinə görə qisas məqsədilə pul müqabilində öldürtdürüb. O, qətli bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. Dəyanət Quliyev isə qətli həmkəndlisi Samir Quliyevlə birgə həyata keçirib.


Qeyd edək ki, M.Atakişiyev 2016-cı ildə “Təfəkkür” Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Univüersitet isə az sonra fəaliyyətini dayandırmışdı.

Modern.az-ın məlumatına görə, qətlə yetirilmiş mərhum professor Tariyel Əhmədovun tək elmi fəaliyyətlə məşğul olmayıb, o, televiziya sahəsində də müəyyən iz qoyub.

Belə ki, mərhum uzun müddət Azərbaycan Televiziyasında (AzTV) “Kamillik” adlı verilişin aparıcısı olub. 80-ci illəri xatırlayan yaşlı və orta nəsildən olanlar yəqin ki, həmin verilişi yaddan çıxarmayıblar. Verilişdə elm və təhsil məsələlərindən bəhs olunurdu. O zamanlar Tariyel Əhmədovun aparıcılıq etdiyi “Kamillik” verilişi təkcə ali məktəb tələbələri və müəllimlər arasında populyar deyildi, həm də orta məktəb şagirdlərinin maraqla izlədiyi proqramlar sırasına daxil idi. Çünki verilik təhsilin bütün sahələrinə toxunurdu.

Mərhum professor Tariyel Əhmədov 15-ə yaxın kitabın, bir çox elmi məqalələrin müəllifi idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
577 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...