Klub prezidentinin avtomobillə vurduğu velosipedçi öldü

Klub prezidentinin avtomobillə vurduğu velosipedçi öldü

Türkiyə klubu "Kayserispor"un prezidenti Ali Çamlının idarə etdiyi avtomobillə toqquşan elektrikli velosipedçi İbrahim M. dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, Çamlının idarə etdiyi cip elektrikli velosipedə çırpılıb. Nəticədə velosipedçi ağır yaralanıb və ətrafdakılar köməyi ilə xəstəxanaya aparılıb. Suriya əsilli velosipedçi göstərilən bütün yardımlara baxmayaraq həyatını itirib. Cəsədin meyitxanada yarılmasından sonra isə Suriyanın Al-Bab şəhərinə aparılaraq dəfn ediləcəyi öyrənilib.

"Kayserispor" prezidenti hadisədən sonra polis bölməsinə aparılıb və istintaq davam edir.

Yaxınlıqdakı bir iş yerinin təhlükəsizlik kamerasına düşən görüntülərdə velosipedçinin işıqforun qırmızı işığında keçdiyi, nəticədə avtomobillə vurulduğu görünüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...