Türkiyədə başı kəsilən azərbaycanlılar Marneuliyə gətirilib

Türkiyədə başı kəsilən azərbaycanlılar Marneuliyə gətirilib


Türkiyənin Düzcə bölgəsində başı kəsilən üç azərbaycanlı bu gün saat 16.00-da Türkiyədən ambulansla Marneuliyə gətirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, iki gün bundan əvvəl qətlə yetirilən 19 yaşlı Sahib Şərifovun anası və qohumları İstanbuldan 228 kilometr məsafədə yerləşən Düzcə bölgəsinə yola düşüblər və bu gün öldürülən şəxslər Gürcüstanın Türkiyədəki konsulluğunun köməyi ilə Marneuliyə gətirilib.

Gürcüstan xarici işlər nazirliyinin məlumatına görə, başı kəsilən qadınlardan biri Türkiyə vətəndaşlığını qəbul edib. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilmir. Gürcüstan daxili işlər nazirliyinin mətbuat xidməti isə hadisə ilə bağlı onlara rəsmi şəkildə müraciət olunmadığı bildirib.

Bununla belə, Marneulidə hadisə ilə əlaqədar bir neçə versiyalar dolaşır, lakin bu versiyalar da aidiyyatı təşkilatlar tərəfindən hələlik təsdiqini tapmayıb. Bəzi məlumata görə, cinayət evdə saxlanılan qızıl üstündə kəsilib. Bir neçə gün bundan əvvəl isə onların təbii qazdan zəhərləndikləri bildirilmişdi.

Qeyd edək ki, Türkiyədə başı kəsilən iki bacılardan biri türkə ərə gedib və sonra ondan ayrılıb. Öldürülən bacılardan birinin Türkiyədə yenə bir qızı olduğu bildirilir. O da Marneulidəki ərindən boşanıb. Sahib Şərifov 56 yaşlı Emmanın nəvəsi olub. Sabah iki bacı və nəvə Marneulidə torpağa tapşırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...