İmişli sakini bibisi qızını qətlə yetirib

İmişli sakini bibisi qızını qətlə yetirib

İmişli rayonunda qətl hadisəsi baş verib. İmişli rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 24.10 radələrində rayonun Qaragüvənlikli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1992-ci il təvəllüdlü Tağıyev Vüsal Atamoğlan oğlu şəxsi mübahisə zəminində bibisi qızı, 1994-cü il təvəllüdlü Hüseynova Emilya Bahadır qızını kürək nahiyəsindən bıçaqlayıb. E. Hüseynova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Vüsal Tağıyev həbs edilib.

Fakta bağlı İmişli rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1564 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...