İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bakıda külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İstintaq zamanı məlum olub ki, “Seyid” adlı İran vətəndaşı narkotik vasitəni Azərbaycan Milli Elmlər Akademiyasının binasında gizlədəcəyini deyib.
Gundem.info.az xəbər verir ki, 26 yaşlı A.Cəfərov külli miqdarda narkotik vasitə əldə etmə və satma ittihamı ilə saxlanılıb.
İttihama görə təqsirləndirilən şəxs saxlanılan zaman onun üzərindən 5 kiloqram marixuana aşkar edilərək götürülüb.
A.Cəfərov 2019-cu ildən narkotik vasitə istifadə etdiyini deyib. Bildirib ki, iranlı “Seyid” adlı şəxslə sosial şəbəkədə tanış olub.
Onun sözlərinə görə “Seyid” ona narkotikin gizlədildiyi yer barədə ona məlumat verib. Razılığa görə narkotiki Azərbaycan Milli Elmlər Akademiyasının binasından götürməli imiş.
Maraqlıdır ki, iranlı “Seyid” geridə iz qoymamaq üçün onunla görüntülü əlaqə saxlayırmış.
A.Cəfərov narkotiki götürməyə getdiyini, lakin götürmədən polis əməkdaşları tərəfindən saxlanıldığını deyib. O, əməlindən peşman olduğunu, hadisə yerinə çatanda narkotiki götürmək fikrindən daşındığını deyib: “Elmlər Akademiyası binasına qoyacağını dedi. Gedib iki dəfə binanın ətrafına fırlandım. Amma narkotiki götürmədim”.
Məhkəmə onun bu ifadəsini özünü müdafiə kimi qiymətləndirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi A.Cəfərovu törətdiyi əməldə təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.
Musavat.com
86 dəfə oxundu