Lerikdə qonşusunu bıçaqlayan məktəb direktoru istintaqa cəlb olunub

Lerikdə qonşusunu bıçaqlayan məktəb direktoru istintaqa cəlb olunub


Lerikdə bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Veri-Əliabad kəndində qeydə alınıb. Veri-Əliabad kənd orta məktəbinin direktoru Adil Rəhimov şəxsi münaqişə zəminində qonşusu, 36 yaşlı Seyid Qurbanova çoxlu bıçaq zərbəsi vurub.

Ağır bədən xəsarətləri alan S. Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona lazımi tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətmiş A. Rəhimov istintaqa cəlb olunub. Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...