Nardaranda borular oğurlandı - FOTOLAR

Nardaranda borular oğurlandı -


Nardaranda yen qaz xətti çəkilməsi üçün nəzərdə tutulan borular oğurlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, “Azəriqaz” İstehsalat Birliyindən Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinə Nardaran qəsəbəsinin infrastrukturun yenilənməsi və sosial problemlərinin həlli məqsədi ilə yeni qaz xətlərinin çəkilməsi üçün nəzərdə tutulan borulardan 260 metrinin oğurlanması barədə şikayət ərizəsi daxil olub.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 3000 manat olan qaz borularını oğurlamaqda şübhəli bilinən Nardaran qəsəbə sakini Süleyman Salmanov saxlanılıb. Onun qəsəbə ərazisində yaşadığı evin həyətinə baxış zamanı oğurlanan qaz boruları aşkar olunaraq maddi sübut kimi götürülüb. Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Nardaranda borular oğurlandı -
Nardaranda borular oğurlandı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
763 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...