Təhsil Nazirliyinin işçisi xidməti maşınla iki piyadanı vurub qaçdı

Təhsil Nazirliyinin işçisi xidməti maşınla iki piyadanı vurub qaçdı

Abşeron rayonunun Masazır qəsəbəsində yolu keçmək istəyən ata və onun qızını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Abşeron Rayon Polis İdarəsindən (RPİ) "Report"a verilən məlumata görə, hadisə zamanı 1989-cu il təvəllüdlü Məmişov Zamin Əli oğlu idarə etdiyi "QAZ 31105" markalı avtomobillə yolu keçən Hüseynov Təyyar Abdul oğlu və onun qızı Abbasova Təzəgül Təyyar qızını vurub. Hadisədən sonra sürücü Z.Məmişov piyadalara yardım göstərmədən ərazidən yayınıb. Yaralı piyadalar isə hadisə şahidləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisədən bir neçə gün sonra qəza törədən Z.Məmişov könüllü olaraq polisə gələrək təslim olub və etdiyi qəzanı etiraf edib. Sürücü qəzadan sonra piyadalara yardım göstərmədən qaçmasını hadisə zamanı qorxması ilə əlaqələndirib. Qəza ilə bağlı Abşeron RPİ-də başlanan araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən sürücü Z.Məmişov Təhsil Nazirliyində sürücü işləyir. O, qəza zamanı piyadaları nazirliyə məxsus xidməti avtomobillə vurub.


Təhsil Nazirliyinin işçisi xidməti maşınla iki piyadanı vurub qaçdı


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...