Yevlaxda polis zabitinin 19 yaşlı qızı özünü güllələdi

Yevlaxda polis zabitinin 19 yaşlı qızı özünü güllələdi

Yevlaxda polis kapitanının qızı özünü güllələyib. Yevlax Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün baş verib. Rayon sakini, 19 yaşlı Nuray Əzimova odlu silahla özünü vurub. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. N.Əzimovanın özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Polisdən həmçinin bildirilib ki, N.Əzimova Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Kərim Əzimovun qızıdır. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...