Sumqayıtda maşın bacı-qardaşı vuraraq öldürüb

Sumqayıtda maşın bacı-qardaşı vuraraq öldürüb

Sumqayıtda maşın bacı-qardaşı vuraraq öldürüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 25-də saat 23 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qeydə alınıb. Müəyyən edilməmiş avtomobillə yolu keçən Gədəbəy rayon sakini Xəqani Cəfərov və onun bacısı Arifə vurulub. Nəticədə piyadalar hadisə yerində ölüblər.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “BMW” markalı avtomobilin sürücüsü İlqar Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1361 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...