Bakı sahibkarlarını vahimədə saxlayan dəstə yaxalandı

Bakı sahibkarlarını vahimədə saxlayan dəstə yaxalandı

Polis paytaxt sakinlərini vahimədə saxlayan 3 nəfəri yaxalayıb.

Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Təhlükəsiz Şəhər Xidməti və Qaradağ Rayon Polis İdarəsi 10-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Birgə keçirilən əməliyyat-axtarış tədbiləri nəticəsində, Qızıldaş qəsəbə sakinləri - 1992-ci il təvəllüdllü İlkin Qabil oğlu Mustafayev, Qurban Yalçın oğlu Şəbiyev və 1989-cu il təvəllüdlü Aqil İbadət oğlu Qasımov tutulublar.

Saxlanılan şəxslər aprelin 7-də Lökbatanda qəsəbə sakini Araz Məmmədova məxsus mağazadan, qapının kilidini sındırmaqla tütün məmulatı, kassadan 300 manat oğurlayyıblar.

Aprelin 23-də Lökbatan qəsəbəsi 28 May küçəsində quraşdırılmış “Milli ön” ödəmə terminalının qapısını sındırmaqla 625 manat, aprelin 16-na keçən gecə, Şanqar qəsəbə sakini Susanna Şərifovaya məxsus mağazadan, qapının asma qıfılını sındırmaqla içərisində 586 manat olan E-manat aparatını aparıblar.

Bundan başqa, aprelin 19-na keçən gecə Qobustan qəsəbə sakini Füzuli Sadıqova məxsus mağazadan, qapının qıfılını sındırmaqla tütün məmulatları, içkilər və 2 ədəd “Milli ön” aparatını sındırmaqla oğurluq ediblər.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar aprelin 2-də Elxan Bayramova, martın 26-da İsmayıl Ağayevə məxsus mağazalardan oxşar oğurluqlar ediblər. İ.Mustafayev və Q.Şəbiyev martın 9-da Bakı şəhər sakini İlqar Salmanova məxsus olan və Lökbatan qəsəbəsinin 28 May küçəsində yerləşən mağazadan, qapını sındırmaqla tütün məmulatları və danışıq kartları, Q.Şəbiyev 15.03.2014-cü il tarixdə Asif Alışanova, 23.04.2014 və 01.05.2014-ci il tarixlərdə isə Əli Müzəffərov və Mənsur Şahməmmədova məxsus mağazalardan oğurluq edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...