46 manata görə 6 il həbsdə qalacaq

46 manata görə 6 il həbsdə qalacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Arif İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A.İsgəndərov 6 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, quldurluq hadisəsi keçən il Q.Qarayev prospektində qeydə alınıb. Beyləqan rayon sakini Cəfər Həsənov həmin ünvanda hücuma məruz qalıb. Həmin şəxs Cəfər Həsənova hədə-qorxu gələrək 46 manatını alıb.

Cəfər Həsənov quldurluq hadisəsi ilə üzləşməsi ilə bağlı 25-ci polis bölməsinə şikayət edib. O, şikayətində bildirib ki, ona qarşı quldurluq edən Arif adlı şəxs olub. Onun şikayəti əsasında polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Arif İsgəndərov həbs edilib. Arif İsgəndərovun bundan əvvəl soyğunçuluq cinayəti törətdiyi üçün məhkum olunduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...