Bakıda yol polisinin daha bir maşınını vurdular

Bakıda yol polisinin daha bir maşınını vurdular


Bakıda yol polisinin avtomobili qəzaya düşüb. Bu barədə məlumatı musavat.com-a hadisə şahidləri veriblər. Məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Qəzaya səbəb “QAZ 24” markalı 10 EG 843 dövlət nömrə nişanlı avtomobil olub. Avtomobil Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru Sadıx Sadıxovun xidmətdə olan zaman idarə etdiyi BMW markalı 99 YP 264 nömrəli avtomobili vurub.

“QAZ 24”ü idarə edən şəxs Bakı şəhər sakini Elbrus Mehdiyev olub. Qəza nəticəsində hər iki avtomobilə zərər dəyib. Xatırladaq ki, son vaxtlar yol polisi maşınlarının iştirakı ilə baş verən qəzaların sayı artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
935 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...