Bakıda mənzilə basqın etməkdə şübhəli bilinən şəxs tutulub

Bakıda mənzilə basqın etməkdə şübhəli bilinən şəxs tutulub


Bakıda mənzilə basqın etməkdə şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 7-də saat 03.00 radələrində Nobel prospektində yerləşən yataqxanada yaşayan 1953-cü il təvəllüdlü Minzilə Zakiyevanın mənzilinə naməlum şəxs açıq qapıdan daxil olmaqla, bıçaqla hədələyib və 200 manat pulunu quldurluq yolu ilə alıb. Xətai rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ruslan Juravel tutulub.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1039 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...