Sabunçu hadisəsi ilə bağlı saxlanılanlar məhkəməyə gətirilib

Sabunçu hadisəsi ilə bağlı saxlanılanlar məhkəməyə gətirilib


Ötən gecə Sabunçuda baş verən hadisə zamanı saxlanılan dindarların bir hissəsi artıq Sabunçu Rayon Məhkəməsinə gətirilib.

Trend-in əməkdaşının verdiyi məlumata görə, dünən gecə saatlarında Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılan şəxslərlə bağlı bu gün Sabunçu Rayon Məhkəməsində məhkəmə prosesi keçiriləcək. Qeyd edək ki, ötən gecə Bakının Bakıxanov qəsəbəsində dindarların aksiyası keçirilib. “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
943 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...