Məktəb direktorunun inəklərini oğurladılar

Məktəb direktorunun inəklərini oğurladılar


Azərbaycanda məktəb direktorunun inəkləri oğurlanıb. Musavat.com xəbər verir ki, hadisə Cəlilabad rayonunda baş verib. Rayonun Günəşli kənd 2 saylı orta məktəbinin direktoru Kəramət Həsənovun 4 baş inəyini oğurlayıblar. Oğrular məktəb direktorunun inəklərini evinin həyətindəki tövləsindən aparıblar. Gecə saatlarında baş verən oğurluqdan məktəb direktoru səhər xəbər tutub. Bir neçə gün əvvəl baş verən oğurluq hadisəsi ilə bağlı polisə məlumat verilib. Lakin hələlik inək oğrularından xəbər yoxdur.

Qeyd edək ki, Cəlilabadda bu cür oğurluq hadisələri, əsasən də ilin bu mövsümündə, tez-tez baş verir. Keçən ildə bu mövsümdə rayonda 6-7 iri və xırda buynuzlu heyvanların oğurlanması hadisələri baş vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...