Prokuror "İŞİD"də döyüşən azərbaycanlıya 17 il iş istədi

Prokuror "İŞİD"də döyüşən azərbaycanlıya 17 il iş istədi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirli bilinən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Məhkəmə dekabrın 14-də davam edəcək.

Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti” (İŞİD) terrorçu təşkilatının fəaliyyətində iştirak edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
964 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...