Bakıda avtodayanacağa hücum: 14 maşının şüşəsi sındırıldı

Bakıda avtodayanacağa hücum:


Bakıda gecə saatlarında 14 maşına hücum edilib.

ANS PRESS xəbər verir ki, hadisə Yasamal rayonu Həsən bəy Zərdabi prospektində baş verib. Avtomobillərin saxlanıldığı dayanacağa hücum edən şəxs və ya şəxslər qarət məqsədi ilə onların şüşələrini sındırıblar. Lakin cəmi yalnız 2 avtomobildən 1 ətir və mobil telefon aparılıb.

Məlumata görə, adıçəkilən prospektdəki dayanacaqda saat 21:00-a kimi mühafizə olur. Hadisə isə gecə saatlarında baş verdiyi üçün bunu törədənləri görmək mümkün olmayıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb.


Bakıda avtodayanacağa hücum:
Bakıda avtodayanacağa hücum:
Bakıda avtodayanacağa hücum:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1054 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...