İmişlidə adı “Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxslər yaxalanıb

İmişlidə adı “Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxslər yaxalanıb


İmişlidə qanunsuz ov faktı qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon Polis Şöbəsi əməkdaşlarının rayonunun Sarısu gölü ərazisində keçirdiyi reyd zamanı qanunsuz ovla məşğul olan İmişli rayon sakinləri Zəkəriyyə Nadir oğlu Mirzəyev və Murtuz Məşdi oğlu Əliyev saxlanılıb. Hər iki şəxsdən ov tüfəngi, patronlar və ovladıqları adı “Qırmızı kitab”da olan 6 ədəd Sultan toyuğu aşkarlanaraq götürülüb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
916 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...