11 il cəza alan məhkum niyə "Şərurlu İsfəndiyar"ın oğlunu günahkar bildi?

11 il cəza alan məhkum niyə "Şərurlu İsfəndiyar"ın oğlunu günahkar bildi?


Bakı Ağır Cinayətlər Məhkəməsində Araz Eyvazovun (1984-cü il təv.) CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İbtidai istintaq dövründə iş üzrə zərərçəkmiş şəxs qismində Şərurun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev, “Şərur” Tikinti şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov tanınıblar.

Ümumilikdə Araz Eyvazov zərərçəkənlərə məxsus 3 milyon 600 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Zərərçəkənlərin şikayətləri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb.

Dövlət ittihamçısı çıxış edərək Araz Eyvazovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Araz Eyvazov son sözlə çıxış edərək taleyinin hakimlərin əlində olduğunu deyib.

O bildirib ki, tutulmasının səbəbkarı Eldəniz Axundovdur, özünün isə heç bir cinayət əməli yoxdur.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub (oxu.az).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1043 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...