Dindirmə zamanı polisin telefonunu oğurladı – VİDEO

Dindirmə zamanı polisin telefonunu oğurladı –


Kazanın Kirov rayon məhkəməsi 26 yaşlı Tatarıstan vətəndaşı Kamil Kutdusov barəsində hökm çıxarıb. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, o, polis bölməsində oğurluq edib. Məlumatda qeyd edilir ki, 26 yaşlı gənc dindirilmə zamanı polisin telefonunu oğurlayıb. Polis əməkdaşı telefonunun yoxa çıxdığını qanun pozucusunu buraxdıqdan sonra hiss edib. Həyasız oğrunun kimliyi videokameradakı çəkiliş vasitəsi ilə müəyyənləşdirilib.

Kadrlardan görünür ki, sahə müvəkkili telefonunu stolun üstünə qoyub kabinetdən çıxır. Cinayətkar isə ikinci hüquq-mühafizə orqanı əməkdaşının diqqətini yayındıraraq özgəsinin telefonunu cibinə qoyur. Kutdusov ictimai yerdə içkili gəzdiyi üçün saxlanılıb. Polis bölməsinə ona 500 rubl cərimə kəsilib. İndi isə məhkəmə onu barəsində “oğurluq” maddəsi ilə 4 aylığına islah əmək işlərinə cəlb edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...