Nardaran sakinindən silah və narkotik maddə tapıldı

Nardaran sakinindən silah və narkotik maddə tapıldı


Bakıda polis əməkdaşları Nardaran sakinindən silah və narkotik götürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, polis əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindən içərisində “AKS” markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...