Dayı bacısı oğlunu qətlə yetirdi

Bakıda dayısı bacısı oğlunu qətlə yetirib.

Dekabrın 14-ə keçən gecə saat 01:00 radələrində 1994-cü il təvəllüdlü Lökbatan qəsəbə sakini Zaur Novruzov dayısı Vahid Novruzov tərəfindən yetirilimiş bıçaq zərbəsi ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Bakı şəhər Prokurorluğundan Trend-ə bildiriblər ki, qətl hadisəsinin baş verməsinə səbəb Zaurun anası - 1974-cü il təvəllüdlü Təranə Hüseynova ilə dayısı Vahid Novruzov arasında ailə münaqişəsi zəminində mübahisənin yaranması olub. Z.Novruzov mübahisə edənləri aralayan zaman dayısı tərəfindən bud nahiyəsindən bıçaq zərbəsi alıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1028 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...