Hesablama Palatası Texniki Universiteti yoxlayıb

Hesablama Palatası Texniki Universiteti yoxlayıb


Hesablama Palatası kollegiyasının növbəti iclası keçirilib.

Hesablama Palatasından verilən xəbərə görə, kollegiya iclasında Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.
İclasda həmçinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Texniki Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair və Dövlət Neft Fondundan Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna ayrılan vəsaitlərin istifadəsinə dair nəzrət tədbirlərinin nəticələri dinlənilib.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında Hesablama Palatasının 2016-cı il üçün İş Planının layihəsi də müzakirə olunaraq təsdiq edilib, bir sıra cari məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
989 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...