Rəşad Məmmədovun apelyasiya şikayətinə sabah baxılacaq

Rəşad Məmmədovun apelyasiya şikayətinə sabah baxılacaq


Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin həbsdə olan sabiq rəisi Rəşad Məmmədovun Səbail Rayon Məhkəməsi tərəfindən barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 3 ay müddətinə uzadılmasından verdiyi apelyasiya şikayətinə sabah baxılacaq. Bu barədə Trend-ə R.Məmmədovun vəkili Akif Əlizadə məlumat verib.

Vəkil bildirib ki, şikayətə dekabrın 18-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, R.Məmmədov bu il may ayının 12-də saxlanılıb və onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Sonradan onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay müddətinə uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb.

R.Məmmədov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
903 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...